Azinfo » Xəbər » Sosial xəbərlər » 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Şərəfə kənd sakinləri ilə görüş keçirib

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Şərəfə kənd sakinləri ilə görüş keçirib

Tarix : 23-08-2024   /   Xəbər / Sosial xəbərlər  


73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, partiyanın sədr müavini və tanınmış ziyalı Fəzail İbrahimli, Masallı rayonunun Şərəfə kəndində seçicilərlə növbəti görüşünü keçirib. 

Göndərən öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Görüşdə , seçicilərin geniş iştirakı ilə keçən bu görüşdə Fəzail İbrahimli son dörd ildə ölkəmizdə baş verən hadisələrə və Zəfər savaşı ilə başlayan nailiyyətlər dövrünə dərindən nəzər salıb. Azərbaycanın son illərdə beynəlxalq aləmdə artan nüfuzu, qonşu dövlətlərlə əlaqələrin inkişafı və müasir siyasi-iqtisadi proseslərin dövlətimizin gələcəyinə təsiri barədə geniş analizlər aparıb.

O, Milli Məclisə qarşıdan gələn seçkilərin əhəmiyyətini vurğulayaraq, ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi uğurlar və bu çərçivədə yürüdülən siyasətin perspektivlərini seçicilərə çatdırıb. Fəzail İbrahimli Masallı rayonunun inkişafı üçün son illərdə həyata keçirilmiş genişmiqyaslı layihələrdən danışıb, eyni zamanda həllini gözləyən məsələlərə dair düşüncələrini bölüşüb. Deputatlığa namizəd olaraq, seçicilərin səsinin Milli Məclisdə lazımi şəkildə təmsil olunması və onların problemlərinin həlli üçün göstərdiyi səylərdən bəhs edib.

Görüş zamanı çıxış edən seçicilər Şərəfə kənd sakinləri Xeyrulla İslamov,Əliməmməd Ziyadov, Gülhüseyn Vəliyev, Xankişi Xankişiyev, İlahə Məmmədova, Cəbrayıl Məmmədov , Əhməd Məmmədov , Nizami Mirzəyev ,Dürdanə Hüseynova,Qafil Məmmədov və başqaları 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini ifadə ediblər.

Ramiq Mürsəl



Şərhlər: 0

Şərh yaz