Fəzail İbrahimli Göytəpə seşiciləri ilə görüşüb
73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini və tanınmış ziyalı Fəzail İbrahimli, təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Göytəpə şəhərində keçirib. Görüşdə iştirak edən VHP sədri, millət vəkili və xalq şairi Sabir Rüstəmxanlı, Fəzail İbrahimlinin ziyalı və alim kimi üstünlüklərini vurğulayaraq, onun millət vəkili kimi hər zaman ədalətli və xalqın mənafeyini qoruyan bir şəxsiyyət olduğunu qeyd edib.
Fəzail İbrahimli çıxışında, Azərbaycanın beynəlxalq arenada qazandığı xüsusi mövqedən bəhs edərək, bu kontekstdə parlamentin qarşısında duran böyük və məsuliyyətli vəzifələrə diqqət çəkib. O, öz platforması ilə seçiciləri tanış edərək, gələcəkdə görəcəyi işlər barədə geniş məlumat verib. Görüş zamanı seçicilərin problemlərini dinləyən Fəzail İbrahimli, deputat seçildiyi təqdirdə, bu problemləri aidiyyatı qurumların qarşısında qaldıracağını və onların həlli üçün çalışacağını vəd edib.
Görüşdə çıxış edən seçicilər, Mircəfərova Şəhla, Hacıyev Mirabdulla və Cəfərov Gülhüseyn, 1 sentyabr 2024-cü il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bəyan ediblər.
Ramiq Mürsəl
Azinfo.az saytının redaktoru

Şərhlər: 0
Şərh yaz