Azinfo » Xəbər » Sosial xəbərlər » Hesablama Palatası Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə kənarlaşmalar aşkarlayıb

Hesablama Palatası Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə kənarlaşmalar aşkarlayıb

Tarix : 12-09-2024   /   Sosial xəbərlər / Hərbi  

2024-cü ilin hesabat dövrü üzrə Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 65,8%-ni əhatə edən maliyyə sənədləri üzləşdirilərək təhlil edilib. Hesablama Palatası tərəfindən aparılan bu araşdırmalar zamanı bəzi hallarda büdcə vəsaitlərinin istifadəsində uyğunsuzluqlar aşkar edilib. Bu barədə "Azinfo.az" və "APA-Economics" saytlarına Hesablama Palatasından məlumat verilib.

Məlumata əsasən, 47 qurumun hesabatları, ümumilikdə 126,2 milyon manat məbləğində xərcləri təsdiqləyən xəzinə aktları və müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdiyi hesabatlar nəzərdən keçirilib. Bu sənədlər Naxçıvan Muxtar Respublikasının hesabat dövrü ərzində icra olunmuş büdcə xərclərinin 65,8%-ni təşkil edir.

Aparılan analitik prosedurlar nəticəsində bəzi qurumların təqdim etdiyi maliyyə hesabatlarında fərqliliklər ortaya çıxıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məktəbəqədər təhsil sahəsi üzrə hesabatlarında 374,5 min manat, Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmətlər üzrə hesabatlarında 30,4 min manat, Şəhərsalma və Arxitektura Komitəsinin hesabatlarında isə 182,1 min manat fərq qeydə alınıb. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Müdafiə və Sosial Təminat sahələri üzrə digər müəssisə və tədbirlər” paraqrafı üzrə hesabatlarında ümumilikdə 572,2 min manat fərq aşkar edilib. Bu uyğunsuzluqlar müvafiq qurumlar tərəfindən hesabatların düzgün tərtib edilməməsinə işarə edir.

Şərhlər: 0

Şərh yaz