Əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2024-cü ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi təqdim edib.
Azinfo.az-a nazirlikdən verilən məlumata görə, bu vasitələr arasında 4,6 min təkərli oturacaq (150-si mühərrikli təkərli oturacaq daxil olmaqla), 1599 aşağı və yuxarı ətraf protezi, 1663 eşitmə aparatı, 1855 qoltuqaltı və dirsəkaltı ağac var. Eyni zamanda, əlilliyi olan şəxslərə 2455 cüt protez, 4175 ortopedik ayaqqabı və 92 korset də verilib.
İlin ilk 8 ayı ərzində ümumilikdə 9,1 min əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub.
Şərhlər: 0
Şərh yaz
