Azinfo » Xəbər » Sosial xəbərlər » Laçın-Xankəndi yolundan RSK-nın 28 maşını keçib

Laçın-Xankəndi yolundan RSK-nın 28 maşını keçib

Tarix : 19-01-2023   /   Xəbər / Sosial xəbərlər  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

RSK-nə məxsus maşın karvanı - 2 minik, 9 yük avtomobili Xankəndidən Laçın istiqamətində hərəkət edib.
Səhər saatlarından indiyədək RSK-nə məxsus 28, Beynəlxakq Qızıl Xaç Komitəsinə məxsus 4 avtomobil aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

Şərhlər: 0

Şərh yaz