Milli Məclisdə Qərbi Azərbaycana qayıdışa dair ictimai dinləmə keçiriləcək
Martın 3-də parlamentdə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək.Bu barədə APA-ya istinadən xəbəe verik ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına – Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.
Şərhlər: 0
Şərh yaz
