Azinfo » İqtisadiyyat » Sənaye və energetika » ABŞ-ın kommersiya neft ehtiyatları yenidən 470 mln. bareli ötüb

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən 470 mln. bareli ötüb

Tarix : 13-04-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 597 min barel artaraq, 470 549 min barel təşkil edib.

Azinfo.az "APA-Economics"in məlumatına istinadən bildirir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 583 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Şərhlər: 0

Şərh yaz