Azinfo » İqtisadiyyat » Sənaye və energetika » ABŞ-ın kommersiya neft ehtiyatlarının artması davam edir

ABŞ-ın kommersiya neft ehtiyatlarının artması davam edir

Tarix : 05-05-2022   /   Sənaye və energetika / Amerika xəbərləri  
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 1 302 min barel artaraq 415 727 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 829 min barel azalacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Şərhlər: 0

Şərh yaz