ABŞ-ın kommersiya neft ehtiyatları artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 2 421 min barel artaraq 412 371 min barel təşkil edib.
Azinfo.az "APA-Economics"in məlumatına istinadən bildirir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 056 min barel azalacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Şərhlər: 0
Şərh yaz
