ABŞ-ın neft ehtiyatları əhəmiyyətli dərəcədə artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 9 382 min barel artaraq 421 753 min barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 0,863 min barel artacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Şərhlər: 0
Şərh yaz
