Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanda neft emalı 13%-dək azalıb

Azərbaycanda neft emalı 13%-dək azalıb

Tarix : 08-08-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Azərbaycanda neftin emalı 2022-ci ilin yanvar-iyul aylarında 3,4 mln. ton təşkil edib, bu da illik müqayisədə 12,8% azdır.
Bu barədə Energetika Nazirliyi xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə 3,9 mln. ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.

Şərhlər: 0

Şərh yaz