Azinfo » İqtisadiyyat » Sənaye və energetika » ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb

Tarix : 16-03-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 1 550 min barel artaraq, 480 063 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.


Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 188 min barel artacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Şərhlər: 0

Şərh yaz