“Şirvan Oil” şirkətində yanğın olub
Şirvanda şirkətdə yanğın olub.Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, “Şirvan Oil” əməliyyat şirkətinin ərazisində tutumu 20 ton olan yeraltı mazut çəninin içərisində mazut qalıqları yanıb.
Yaxınlıqdakı neft boruları və çənlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər: 0
Şərh yaz
