73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Həsənli kənd sakinləri ilə görüş keçirib

Fəzail İbrahimli, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatlığa namizədi və partiyanın sədrinin birinci müavini olaraq, seçicilərlə görüşlər keçirir. Masallı rayonunun Həsənli kəndində keçirilən görüşdə, seçicilər onu hörmət və ehtiramla qarşılayıblar.
Fəzail İbrahimli görüş zamanı ölkədəki mühüm hadisələrə və Azərbaycanın beynəlxalq arenada möhkəmlənən mövqeyinə toxunub. O, parlamentdəki fəaliyyəti barədə danışaraq, mövcud problemlərin həllinə yönəlmiş işlərdən bəhs edib. Seçicilər, öz çıxışlarında Fəzail İbrahimlini ən layiqli namizəd kimi gördüklərini və ona səs verəcəklərini bildiriblər.
Çıxış zamanı Şəhid Ailələri təşkilatının rəhbəri Yavər Yusubov Fəzail müəllimin deputatlıq fəaliyyətini yaxından izlədiyini və bütün şəhid ailələri tərəfindən təqdir edildiyini vurğulamışdır.
Kənd sakini Musayeva Xeyransa Milli Məclisin peşəkar və faydalı kadrlarla zəngin olmalı oluğunu qeyd edərək , bu seçkilərdə 73 saylı dairədən ən doğru seçimin Fəzail İbrahimli olduğunu dedi.
Daha sonra görüşdə şəhid ailələri , Vəzifə Rəhimova , Mehdi Mehdiyev və Azərin Musayev çıxış edərək öz arzu və istəklərini dilə gətirdilər. Fəzail İbrahimli də öz növbəsində bu arzu və istəklərin prioritet məsələ olaraq qəbul olunacağına dair söz verdi .
Son olaraq , rayon sakini Rəşad Fərəcov çıxış edərək , 2 il öncə Fəzail İbrahimlinin dairə üzrə deputatlığı dövründə övladının beyin problemləri səbəbilə eşitmə qabiliyyətini itirmiş övladının 36000 dollarlıq əməliyyatı üçün Fəzail İbrahimliyə yazılı müraciət etdiyini , onun dəstəyi və dövlət hesabına əməliyyatın gerçəkləşdirildiyini bildirdi. Bunun üçün ona təşəkkürlərini təkrarən bildirdi.
Fəzail İbrahimlinin parlamentdə cəsarətli çıxışları, xüsusilə Fransa dövlətinin siyasətini sərt tənqid etməsi ilə yadda qaldığı vurğulanır. Seçicilər, Fəzail İbrahimlini cənub bölgəsinin böyük ziyalısı və ağsaqqalı kimi xarakterizə edərək, ona yüksək etimad bəsləyirlər. Bu etimad və dəstək, onun seçki kampaniyasında böyük rol oynayır.
Ramiq Mürsəl












Şərhlər: 0
Şərh yaz
