Laçın-Xankəndi yolundakı aksiya 108 gündür davam edir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.İctimai fəallar aksiyanı gecə boyu davam etdirib. Bu gün də Azərbaycan Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.
Şərhlər: 0
Şərh yaz
