Veysəloğlu Şirkətlər Qrupunun dəstək olduğu gənclər tələbə adını qazandılar
Veysəloğlu Şirkətlər Qrupu “Gələcəyini Qur” təşəbbüsünə qoşularaq, 12 gəncin təhsil almasına dəstək olduVeysəloğlu Şirkətlər Qrupu artıq üçüncü dəfədir ki, bu layihənin iştirakçısıdır və bu zaman ərzində 56 gəncin təhsil almasına şans qazandırıb.
2021-2022-ci tədris illəri üzrə “Gələcəyini Qur” layihəsi əsasında Bakının Sabunçu rayonundan olan 12 gəncin ali məktəbə hazırlığı üçün dəstək olundu. Nəticə etibarilə şagirdlərdən hər biri tələbə adına layiq görüldü. Onlardan bir çoxu Bakının müxtəlif universitetlərində dövlət sifarişli əsaslarla təhsilini davam etdirəcək.
Bu təşəbbüsün məqsədi oxumağa həvəsi olan gənclərin universitetlərə hazırlaşmasına lazımi şərait yaratmaqdır. Layihə iştirakçıları 11-ci sinif şagirdlərini və orta məktəb məzunlarını əhatə edir.
Şərhlər: 0
Şərh yaz
