Azinfo » İqtisadiyyat » Sənaye və energetika » ABŞ-ın kommersiya neft ehtiyatları 5 mln. barel azalıb

ABŞ-ın kommersiya neft ehtiyatları 5 mln. barel azalıb

Tarix : 27-04-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 5 054 min barel azalaraq, 460 914 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 486 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Şərhlər: 0

Şərh yaz