Azinfo » Xəbər » Hadisə » Şəmkirdə minik avtomobili aşıb, 4 nəfər xəsarət alıb

Şəmkirdə minik avtomobili aşıb, 4 nəfər xəsarət alıb

Tarix : 02-09-2022   /   Xəbər / Hadisə  
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2004-cü il təvəllüdlü Elvin İsmaylov ,2005-ci il təvəllüdlü Elmin Vəliyev, 2005-ci il təvəllüdlü Eşqin İsmayılov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi oduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz