Azinfo » Xəbər » Hadisə » Tovuzda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

Tovuzda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

Tarix : 06-09-2022   /   Xəbər / Hadisə  
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “KIA Srento” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz